AZ

Öyrənmək üçün "Barselona", tətbiq etmək üçün "Sumqayıt"

Öyrənmək, maariflənmək, yeniliklərlə ayaqlaşmaq həmişə vacib olub.

Çünki həyat bir yerdə dayanmır.

15 il əvvələ boylananda ətrafda hər şeyin nə qədər dəyişdiyinin fərqinə varmaq olar. Ondan daha 15 il əvvəli düşünün, ondan da daha əvvəlini...

Futbol da durmadan, dayanmadan dəyişir. Bu ecazkar oyuna baxışdan tutmuş iş üslubuna qədər futbolda da ilbəil yenilənmələr gedir. Dəyişikliklərlə ayaqlaşmaq üçün imkan daxilində tez-tez dünyanın aparıcı futbol ölkələrində təcrübələrə qatılmaq vacibdir. Necə deyərlər, görüb-götürmək lazımdır.

AFFA-ya rəhbərlik eləyənlər bəyənməsələr də, Azərbaycanda yaxşı məşqçilər var. Qurban Qurbanov qazandığı nəticələrlə "böyük beşlik" klublarını çalışdıracaq səviyyəyə çatdığını göstərib. Digərlərinə gəlincə, öz dəsti-xətti, oyun tərzi, ortaya yaxşı iş qoymaq bacarığı olan məşqçilərimiz kifayət qədərdir. Onlardan biri də Samir Abasovdur.

"Neftçi"ni çempion edən, hal-hazırda "Sumqayıt"la avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparan Samir Abasov maraqlı personadır. Bəzən çılğınlığı normadan artıq olsa da, dilinə görə dilçəyi də var. O, harada işləyibsə, məşqi işi görünüb, üslubunu otuzdurmağa çalışıb komandaya.

Samir Abasov hal-hazırda İspaniyadadır, "Barselona"da təcrübə keçir. Məşhur "La Masiya"nın iş üsulu ilə yaxından tanış olub. "Barselona" B komandasının baş məşqçisi Rafael Markeslə görüşərək fikir mübadiləsi aparıb. Samir Abasovun Xavi ilə görüşü də planlaşdırılıb. Nə gözəl, alqışalayiqdir.

Ötən həftə "Sumqayıt"ın 33 ötürməyə "Turan Tovuz"un qapısına vurduğu qol gündəmi zəbt elədi. Bəzi mətbu orqanlar bu videoya "Sumqayıt"dan "Barselona" sayağı qol" başlığı da verdi. Həqiqətən də "Sumqayıt"ın qısa ötürmələrə meyilli olması "Barselona" tərzini xatırladır. Yəni, Samir Abasov da məşqçi kimi bu üsluba uyğun iş qurmağı xoşlayan məşqçidir. Təcrübə yeri kimi "Barselona"nı seçməsi də əbəs deyil.

"Sumqayıt" avrokuboklara vəsiqə qazanmasa belə, bu mövsümü həm klub, həm də Samir Abasov üçün uğurlu saymaq olar. Onların "Neftçi", "Sabah" kimi imkanlı klublara başağrı olduğunu nəzərə alsaq, "Sumqayıt" üçün mövsümün yaxşı keçdiyini demək olar. Samir Abasov üçün hər keçən mövsüm təcrübədir. Bir qisminə meydanlarda yiyələnir, digər qisminə xarici ölkələrdə! (sportal,az)

Həmid

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sahibləri 50 manat cərimə olunacaqlar - VİDEO
16917
11-ci sinif şagirdini maşın vurub öldürdü - Foto
14479
Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO
10330
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir
9285
Səidə Sultan klipi üçün lüt soyundu
9148
Faiq Sadıqov
8821
Azərbaycanlı müğənninin oteldən ŞOK BİABIRÇI görüntüsü yayıldı- VİDEOsu
5940
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
5927
Gənc aparıcı vəfat etdi - FOTO
5682
DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı – FOTO
5429
Rayon xəstəxanalarında həkim çatışmazlığı problemi hələ də həll edilməyibVİDEO
5395
10 yaşlı uşağın faciəvi ölümü
5271
17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
4879
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
4746
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
4672
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
4205
Ruslan Müşfiqabadlının anası vəfat edib
3658
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
3335
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür
3203
Aktrisa Çimnaz dekolteli gecəliyi ilə GÜNDƏMƏ GƏLDİ - VİDEO
2999