Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” Türkiyə Superliqasında 34-cü tur oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, komanda “Başakşehir"i qəbul edib və 1:2 hesabı ilə uduzub.
Renat Dadaşov 64-cü dəqiqədə meydana çıxıb və 73-cü dəqiqədə komandasının 1 qolunun müəllifi olub.
Hazırda "Hatayspor" turnir cədvəlinddə 33 xalla 17-cidir.
"Hatayspor" - "Başakşehir" 1:2
Qollar: Piatek, 5 (0:1), Kemen, 69 (0:2), Renat Dadaşov, 73 (1:2)