AZ

Türkiyədə polis şöbə və idarə rəislərini güllələyib öldürdü


Türkiyənin Adıyaman vilayətində polis xidməti silahı ilə polis idarəsinin rəisini və ictimai təhlükəsizlik idarəsinin rəisini güllələyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Erlikaya “X” (keçmiş Twitter) platformasında məlumat dərc edib.
“Saat 20:15 radələrində (27 aprel, Bakı vaxtı ilə 21:15) Adıyamanda Ataşehir rayon polis şöbəsində çalışan polis məmuru öz xidməti silahı ilə polis şöbəsinin rəisini və ictimai təhlükəsizlik idarəsinin rəisini yaralayıb. O dərhal saxlanılaraq nəzarətə götürülüb. Şöbə rəisi və idarə rəisi ağır yaralanıb və xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onları xilas etmək mümkün olmayıb”, - deyə nazir bildirib.
Silhalı insidentin səbəbi və motivləri barədə hələlik məlumat yoxdur.
Seçilən
46
Mənbələr
Şərh ()
Bağla