AZ

Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova

"Həkimlərimizi tanıyaq!" rubrikamızda həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan Yevlax Rayon Mərkəzi Xəstəxanasının həkim-laborantı Məlahət Əli qızı Əzizovadan bəhs edəcəyik.
 
O, 1970-ci ildə Yevlax rayonunda anadan olub. 1989-1996-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1996-1997-ci illərndə Yevlax Rayon Mərkəzi Xəstəxanasında internatura keçib.
 
Məlahət Əzizova 1997-2008-ci illərdə Yevlax Rayon Mərkəzi Xəstəxanasında Poliklinika şöbəsində həkim-pediatr kimi fəaliyyət göstərib. 2008-2009-cu illərdə Elmi-Tədqiqat İnstitutunda həkim-laborant ixtisası üzrə kursu bitirib.
O, 2009-2017-ci illərdə Yevlax Rayon Mərkəzi Xəstəxanasında Poliklinika şöbəsində həkim-laborant işləyib. 2017-ci ildən Yevlax Rayon Mərkəzi Xəstəxanasında həkim-laborant kimi fəaliyyətini davam etdirməkdədir.
Seçilən
51
Mənbələr
Şərh ()
Bağla