AZ

Xorvatiyalı mütəxəssis Azərbaycanda uşaq futbolundakı problemləri açıqlayıb

“Siz fərdi idman növləri üzrə çox istedadlı xalqsınız. Orada çoxlu medallar qazanırsınız. Hətta futzalda da əla nəticələr var”.

Bunu İdman.bizə “Sabah”ın U-19 komandasının xorvatiyalı baş məşqçisi Adino Mustedanaqiç deyib.

“Sabah”ı AFFA Gənclər Liqasının çempionu edən mütəxəssis Azərbaycanda uşaq futbolunda narazı qaldığı məqamları açıqlayıb: “Zəif infrastruktur səbəbindən oyunçular pis meydançalara və artan zədələrə məruz qalırlar ki, bu da avropalı uşaqlarla müqayisədə məşq vaxtını azaldır. Gənc futbolçuların çoxunun yediyi yeməkdən razı deyiləm. Qidalanmada zülal azdır və onların əzələ kütləsi çox aşağıdır. Xarakter baxımdan hiss edirəm ki, gənclər üçün futbol kontekstinin inkişafı yaxşı deyil. Bu istedadların məşqi, ən güclünün sağ qalmasıdır. Çox şey daim dəyişir və oyunçular şüursuz olaraq əsasən özlərini qısamüddətli hədəflərə fokuslayırlar. Onlar komfort zonasında qalmağı seçirlər. Azərbaycan futbolunda hamımızın əsas işindən biri gənc futbolçuları narahat vəziyyətlərə salıb, çətinliyə alışdırmaqdır. Bu özü ilə inkişafı gətirə bilər”

Qeyd edək ki, Adino Mustedanaqiçin rəhbərliyi altında “Sabah” Liqanın 31-ci turunda evdə “Kəpəz”i 5:0 hesabıyla məğlub edərək mövsümün sonuna 2 tur qalmış çempionluğunu rəsmiləşdirib. Bununla da klub növbəti mövsümdə ölkəmizi UEFA Gənclər Liqasında təmsil edəcək.

Emin Ağa
İdman.biz

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla