AZ

Zeynəb Xanlarova görünüşü ilə heyran etdi -

Xalq artisti Zeynəb Xanlarovanın yeni görüntüsü yayılıb. Metbuat.az xəbər verir ki, fotoları stilist Rəşad Əliyev sosial media hesabında paylaşıb. O, sənətçi ilə olan fotolarına "SSR-i Xalq artisti, dünya şöhrətli əfsanə, dəyişilməyən sənətkar! Azərbaycanı dünyada təmsil edən sənət kraliçası, əvəzolunmaz Zeynəb Xanlarova! Dünya Sizi sevir, mən də o dünyanın mərkəzindəyəm", - deyə yazıb.Stilistin izləyiciləri Xanlarovanın yeni görüntüsünü bəyənib, təriflər yağdırıblar.

Qeyd edək ki, Z.Xanlarova uzun aradan sonra sonuncu dəfə ötən ilin sonunda AzTV-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə bağlı konsertdə görünüb.

Seçilən
13386
24
Mənbələr
Şərh ()
Bağla