AZ

Rusiyada 4 nəfər yol qəzasında ölüb

Rusiyanın Samara vilayətində baş verən ağır yol qəzasında 4 nəfər ölüb.

Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə məlumatında deyilir.

Belə ki, Samara vilayətinin Voljski rayonunda “Howo” markalı yük maşını ilə “Renault Logan” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və nəqliyyat vasitəsində olan üç sərnişini hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

report 

Seçilən
33
5
Mənbələr
Şərh ()
Bağla