AZ

"Qəbələ" üçün son şans

"Qəbələ" bu gün Azərbaycan Premyer Liqasının XXXII turunda "Kəpəz"i qəbul edəcək.

"FutbolPress" xəbər verir ki, "qırmızı-qaralar" bu matçda xal itirsə, sonuncu olacağı dəqiqləşəcək.

Kaxaber Sxadadzenin rəhbərlik etdiyi komanda 31 oyundan sonra 17 xalla sonuncudur. "Kəpəz" isə 31 xalla 9-cu pillədədir. Sona 5 tur qalıb və "Qəbələ" bu gün gəncəlilərə qalib gələ bilməzsə, sonuncu sıranı tərk etmək şansı qalmayacaq.

"Kəpəz" isə bir xal qazanacağı halda, elitada qalmağı rəsmiləşdirəcək.

Qəbələ şəhər stadionunda keçiriləcək görüşə saat 15:30-da start veriləcək.
Seçilən
65
Mənbələr
Şərh ()
Bağla