AZ

Rahil Məmmədov 90 dəqiqə oynadı, 4 qola üzüldü

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Rahil Məmmədov Polşa çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Ekstraklasanın 30-cu turu çərçivəsində baş tutmuş “Qornik”lə oyunun iştirakçısı olub.

LKS səfərdə baş tutan bu oyundan ağır məğlubiyyətlə ayrılıb – 1:4.

Bu, uğursuz mövsüm keçirən sözügedən komandanın cari mövsümdəki 19-cu məğlubiyyətidir. Lodz klubu bu mövsüm 5 qələbə qazanıb, 6 heç-heçə edib və 19 məğlubiyyətə üzülüb.

Rahil “Qornik”lə oyuna start heyətində başlayıb və sonadək mübarizə aparıb.

LKS 30 matçdan sonra 21 xalla 18 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Xatırladaq ki, Polşa klubuna bu ilin yanvarında “Qarabağ”dan keçən Rahil Məmmədov Lodz təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb. Müdafiəçi bu komandada 12 rəsmi oyuna çıxıb.

Seçilən
23
3
Mənbələr
Şərh ()
Bağla