AZ

Mahir Emrelinin komandası yenə tək qolla qalib gəldi

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) Xorvatiya çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən kollektiv ölkə çempionatının 32-ci turu çərçivəsində “Varajdin”lə qarşılaşıb.

Səfərdə baş tutan bu oyun “Dinamo”nun qələbəsiylə yekunlaşıb. Mahir Emrelinin komandası 46-cı dəqiqədə vurduğu qol sayəsində meydanı 3 xalla tərk edib – 1:0.

Azərbaycanlı futbolçu bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə Xorvatiya çempionatında 4 qol və 3 məhsuldar ötürməsi olan Emreli zədəli olduğu üçün komandasına kömək edə bilməyib. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

Son Xorvatiya çempionu olan “Dinamo” 32 oyuna topladığı 72 xalla 10 iştirakçı arasında 1-ci pillədə qərarlaşıb. Bir oyun az keçirmiş “Riyeka” (71) isə potensial lider statusundadır.

Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 45 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.

Seçilən
129
5
Mənbələr
Şərh ()
Bağla