AZ

İranlı general: Hindistanla əməkdaşlıq regionda sabitliyi yaxşılaşdıra bilər

İran və Hindistan arasında müdafiə və hərbi əməkdaşlığın inkişafı regionda təhlükəsizlik və sabitliyin yaxşılaşdırılmasına kömək edə bilər.

Yenisabah.az Press TV-yə istinadla xəbər verir ki, bunu İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani deyib.

Hindistanın müdafiə naziri Giridhar Aramane ilə Astanada keçirilən görüşdə Aştiani bildirib ki, iki ölkə strateji əhəmiyyətli regionda yerləşir.

Görüş Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin 21-ci sessiyası çərçivəsində baş tutub.

Aştiani bildirib: "Tehran və Dehli arasında çoxsaylı əməkdaşlıq imkanları Qərbi Asiyanın həssas bölgəsi və Hindistan yarımadasına sülh və təhlükəsizlik gətirmək üçün istifadə edilə bilər".

İranın Müdafiə Nazirliyinin rəhbəri Tehran və Dehlinin İŞİD terror qruplaşmasının dirçəlişinin qarşısını almaq üçün əməkdaşlığı gücləndirməli olduğunu vurğulayıb və hər iki tərəfi Əfqanıstandakı hadisələrlə bağlı əlavə məsləhətləşmələr aparmağa çağırıb.


Telegram kanalımız
Seçilən
44
Mənbələr
Şərh ()
Bağla