AZ

Pioli “Yuventus”la “quru” heç-heçəni şərh etdi

“Milan”ın baş məşqçisi Stefano Pioli İtaliya A Seriyasının 34-cü turunda “Yuventus”la səfər oyununu (0:0) şərh edib.

Arena.az “Milan News” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu, qaneedici heç-heçədir. Komanda böyük əzm və ruh ortaya qoydu. Düzdür, qapıya heç bir zərbə vurmadıq, amma komanda, fikrimcə, “Yuventus”u çətin vəziyyətə salmaq üçün imkanlar yaratdı.

Alleqrinin tənqidimi? “Yuventus” güclü futbolçuları və yaxşı məşqçisi olan qüvvətli komandadır. Alleqri ilə mənim üzləşdiyimiz vəziyyət futbolun bir hissəsidir”, deyə Pioli bildirib.

34 turdan sonra “Milan” A Seriyasının yarış cədvəlində 70 xalla 2-ci, “Yuventus” isə 65 xalla 3-cü pillədə qərarlaşıb. A Seryasına 33 oyundan 86 xalla artıq, çempionluğu təmin etmiş “İnter” başçılıq edir.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla