AZ

“Bayer” XXI əsrdə Avropanın mütləq rekorduna imza atdı

Futbol üzrə Almaniya Bundesliqasının 31-ci turunda “Ştutqart”la ev oyunu (2:2) cari çempion “Bayer” üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, “əczaçılar” bu oyunda 90+6-cı dəqiqədə vurduqları qolla məğlubiyyətdən qurtulublar.

Bununla da Leverkuzen təmsilçisi məğlubiyyətsiz oyunlar silsiləsini davam etdirib.

Beləliklə, “Bayer” bütün yarışlardakı məğlubiyyətsizlik silsiləsini 46 oyuna çatdırıb. Leverkuzen klubu XXI əsrdə Avropada rəsmi oyunlarda ən uzun məğlubiyyətsizlik silsiləsini müəyyənləşdirib.

Əvvəlki rekord Zaqreb “Dinamo”suna məxsus idi. 2014/2015 mövsümündə Xorvatiya nəhəngi 45 oyunluq məğlubiyyətsizlik silsiləsinə nail olmuşdu.

Yeri gəlmişkən, “Bayer” müvafiq rekordunu artıq 3-cü dəfə ardıcıl olaraq oyunun əsas vaxtına əlavə edilmiş təzminat dəqiqələrində qol vurmaqla sürdürür. Hər şeyin bir sonu var, amma “əczaçılar”ın fantastik nəticələrinin nə vaxtsa təkrar edilə biləcəyi, sadəcə olaraq mümkünsüz görünür.

Cari mövsümün Bundesliqa çempinluğunu təmin etmiş “Bayer” yarış cədvəlində 31 oyundan 81 xalla zirvədə qərarlaşıb.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla