AZ

Unai Emeri “Çelsi” ilə məhsuldar heç-heçə haqda danışdı

“Aston Villa”nın baş məşqçisi Unai Emeri Premyer Liqanın 35-ci turunun “Çelsi” ilə ev oyununun nəticəsini (2:2) şərh edib.

Arena.az BBC-yə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz çox xoşbəxtik, çünki bu gün ilk təkmilləşdirməyə nail olduq. Keçən il Avropa Liqasında oynamaq istəyirdik, indi qarşımızda yeni vəzifə durur – Çempionlar Liqasında oynamaq. “Çelsi” bu gün güc nümayiş etdirdi. Amma 35 oyunda kifayət qədər sabit idik ki, sonda heç-heçə yaxşı nəticə olsun. Əlbəttə ki, mən daha çoxunu istəyirəm. “Çelsi”nin çox yaxşı oyunçuları var, birinci hissədəki nəticə isə heyrətamiz idi. Yaxşı müdafiə olunduq və bir çox imkanlara yol vermədik. Amma əlbəttə, topa daha çox sahib olmaq gərək idi və “Çelsi”yə qarşı bu, çətin idi”, deyə Unai Emeri vurğulayıb.

Xatırladaq ki, birinci hissədə “Aston Villa”nın 2:0 hesabı ilə öndə olduğu oyunu, “zadəganlar” ikinci hissədə iki qol vurmaqla xilas ediblər. Üstəlik 90+5-ci dəqiqədə “Çelsi” üçüncü topu meydan sahiblərinin qapısından keçirsə də, hakim əllə oyunu əsas gətirərək, qolu hesaba almayıb.

35 oyundan sonra “Aston Villa” 67 xalla Premyer Liqanın yarış cədvəlində 4-cü, “Çelsi” isə 33 oyundan 48 xalla 9-cu pillədə qərarlaşıb.

Premyer Liqanın zirvəsində 34 oyundan 77 xalla şərti lider “Arsenal” yer alıb. 33 oyundan 76 xal toplamış “Mançester Siti” isə mümkün lider qismində 2-ci pillədə qərarlaşıb.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla