AZ

Dünya ən böyük fəlakətin şahidi olacaq – Abbas

İsrail bir neçə günə Rəfah şəhərində hərbi əməliyyata başlayacaq.

Axar.az xəbər verir ki, bunu Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas deyib.

“Bir neçə gün ərzində İsrail Rəfah şəhərində hərbi əməliyyata başlayacaq, çünki Qəzzadakı fələstinlilər oraya toplaşıb. Bir məhdud zərbə onları Fələstin ərazisini tərk etməyə kifayət edəcək. Əgər bu baş verərsə və qonşu ərəb ölkələri Misir və İordaniyanın fələstinli qaçqınları qəbul etməkdən qətiyyətlə imtina etdiklərini nəzərə alsaq, dünya Fələstin tarixindəki ən böyük fəlakətin şahidi olacaq”, - Abbas bildirib.

Seçilən
11
3
Mənbələr
Şərh ()
Bağla