AZ

“Mehriban düşmənlər”in dialoqu NƏTİCƏ verəcək? - İLGİNC DETALLAR

“Vaşinqton Pekinlə dialoqu genişləndirib. Dövlət katibi Entoni Blinkenin bir neçə gün əvvəl Çinə səfəri bu dialoqun tərkib hissəsi sayıla bilər”.

Musavat.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

elxan.jpg

Onun sözlərinə görə, Blinkenin Pekindəki görüşdə səsləndirdiyi tələblər iki ölkə arasındakı münasibətlərin bugünkü gərgin xarakterini tərənnüm etdirib:

“Birincisi, Vaşinqton Pekindən Rusiyanın hərbi-sənaye kompleksinin fəaliyyəti üçün avadanlıq göndərməyi dayandırmağı tələb edib. İkincisi, Pekinin uyğurlara qarşı siyasəti Vaşinqtonu əvvəlki kimi narahat edir. Üçüncüsü, Pekin Çin sahillərinə yaxın ticarət gəmilərinə maneələr yaratmamalıdır. Blinken Pekində Çinin də “ABŞ Çinə aid olan Tayvan adasında hərbi dəstəkdən imtina etməlidir” tələbini eşidib”.

Politoloq hesab edir ki, Pekin Vaşinqtonun tələblərini yerinə yetirmədiyi kimi, Vaşinqton da Pekinin tələbini yerinə yetirməyəcək:

“Misal üçün, ABŞ Konqresi Ukrayna və İsraillə yanaşı, Tayvana da maliyyə yardımı ayırıb. Pekin Konqresin qərarını tənqid edib. Pekini ABŞ-ın Çin sahillərinə yaxın ərazidə keçirdiyi hərbi təlimlər də narahat edir. ABŞ Sakit və Hind okeanında bu təlimləri tərəfdaşları ilə birgə həyata keçirir. Bu təlimlərdə ABŞ-la yanaşı, Filippin, Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiya da iştirak edirlər. Misal üçün, ABŞ-ın Filippinlə aprel ayının son günlərində birgə başladığı hərbi təlimlər mayın 10-a qədər davam edəcək. “Balikatan” adlanan təlimlərdə 11 amerikalı, 5 min filippinli hərbçi iştirak edir. 14 ölkənin təmsilçisi hərbi təlimləri müşahidə edir. Buna baxmayaraq, Pekin və Vaşinqton dialoqdan imtina etməməyə qərar veriblər. Ancaq bu dialoq iki ölkə arasındakı münasibətlərdə və bölgədəki gərginliyi azaltmır”.

Elxan Şahinoğlunun sözlərinə görə, Blinkenin Çinə səfərinin başqa bir önəmli səbəbi var idi:

“CNN televiziya kanalının yaydığı məlumata görə, ABŞ dövlət katibi Çinə üç günlük səfərini başa vurarkən deyib ki, Çin prezidenti Si Cinpinin əvvəllər bunu etməyəcəyinə dair öhdəliyinə baxmayaraq, ABŞ Çinin qarşıdan gələn Amerika seçkilərinə “təsir etmək və mübahisəli şəkildə müdaxilə etmək” cəhdlərinə dair sübutlar görüb. Blinkenin sözlərindən çıxan nəticə budur ki, Çin lideri Si Cinpin seçkilərə qarışmayacağı barədə ABŞ prezidenti Cozef Baydenə şəxsən vəd verib. Blinken CNN kanalına müsahibəsində deyib ki, Çin rəsmilərinin verdikləri vədə Pekində əmin olmaq istəyirdi. Ancaq verilən vədlər Vaşinqtonun narahatlığını azaltmayıb. Çünki Kanada da Pekini seçkilərə müdaxilədə ittiham etmişdi”.

Musavat.com

Seçilən
37
2
Mənbələr
Şərh ()
Bağla