AZ

Bəxtiyar Həsənalizadə “Pendikspor”da? – özü açıqladı

Bəxtiyar Həsənalizadə mövsümün sonunda “Tuzlaspor”dan gedə bilər.

Superlliqa təmsilçisi“Pendikspor”onunla maraqlanır. Hətta futbolçuya təklif də göndərilib. Bununla yanaşı, Azərbaycan klublarından da Bəxtiyarın transferində maraqlı olanlar var. Bəs təcrübəli futbolçu ilə klub arasında danışıqlar olubmu? Bu məsələni aydınlaşdırmaq üçün 31 yaşlı futbolçuya müraciət etdik. Onun “Football-plus.az”a dedikləri:
“Hansısa klub adı çəkmək düzgün olmaz. Danışıq olub. Sadəcə, bəzi məsələlər tam aydın olmadığı üçün nəsə demək çətindi. Çünki “Pendikspor” aşağı liqaya düşsə, qərar başqa, qalarsa, başqa ola bilər. Hələ ki gözləyirəm”.


Xatırladaq ki, “Sumqayıt”ın yetirməsi daha əvvəl “Zirə” və “Sabah” klublarının şərəfini qoruyub.

RÖYANƏ OĞUZ
Seçilən
58
Mənbələr
Şərh ()
Bağla