AZ

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (2-ci cəhd) keçirib.
DIM-dən verilən xəbərə görə, imtahan respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda, ümumilikdə 78 binada təşkil olunub.
İmtahan saat 11:00-da başlanıb və 3 saat 30 dəqiqə davam edib.

Məlumat üçün qeyd edək ki, imtahanda iştirak etmək üçün 19716 bakalavr ərizə təqdim edib.
İmtahanda həmçinin Bakı Mühəndislik Universiteti və İNHA Universiteti arasında ikili diplom proqramı çərçivəsində Cənubi Koreya Respublikasında təhsil alan 4-cü kurs tələbələri iştirak ediblər. Onlar imtahanı İNHA Universitetinin təqdim etdiyi zal və kompüterlərdən istifadə etməklə onlayn veriblər. İmtahanın keçirilməsi üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Aprelin 29-dan etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.
Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) cavabları da imtahandan dərhal sonra Mərkəzin saytına yerləşdirilib. İştirakçılar doğru cavab etalonları ilə buradan tanış ola bilərlər.
İmtahanda iştirak edənlər test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) isə DİM-in internet saytının “Xidmətlər” bölməsində > “E-xidmətlər” > “DİM-in nəşrlərinin elektron versiyalarının satışı” > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Seçilən
0
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18464
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17776
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17008
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
16085
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15515
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14638
Çingiz Mustafayevin toyudur - FOTOLAR
13787
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
13446
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11021
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10906
"Zaur, yenə çaşdın..." - VİDEO
8546
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7545
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6772
Minimum əmək haqqı nə qədər arta bilər?
6755
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6365
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
5744
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5484
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5388
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
5017