AZ

Müsavat başqanlığına namizəd təltif edildi - FOTO

Azərbaycan Respublikası Vəkillər Kollegiyası tanınmış vəkil Osman Kazımovu "Fəxri hüquq doktoru" adı ilə təltif edib.

Musavat.com xəbər verir ki, bu barədə Osman Kazımov özünün feysbuk səhifəsində məlumat verib və təqdimatdan foto paylaşımı edərək təşəkkür yazıb.

TESEK.jpeg

Qeyd edək ki, Osman Kazımov Vəkillər Kollegiyasının üzvü olmaqla yanaşı, Müsavat Partiyası başqanının müavinidir. Diqqətçəkən məqamlardan biri Osman Kazımovun Müsavat Partiyası başqanlığına namizədliyini irəli sürməsindən iki gün sonra təltif edilməsidir.

Müsavat Partiyasının növbəti qurultayı mayın 4-də keçiriləcək. Namizədlərin irəli sürülməsi üçün aprelin 30-dək vaxt verilib. Bu günədək iki nəfərin namizədliyi rəsmən irəli sürülüb.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
100
21
Mənbələr
Şərh ()
Bağla