AZ

Lionel Messi 2 qol və 2 ötürmə ilə rekordları sıraladı - Video

MLS çərçivəsində “Nyu-İnqlend-Revolyuşn”a qarşı səfər oyunu “İnter Mayami”nin argentinalı ulduz hücumçusu Lionel Messi üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, “Leo” bu oyunda 2 qol və 2 məhsuldar ötürmə verməklə, “vağlar”ın 4:1 hesablı qələbəsində müstəsna xidmət göstərib.

Bu məhsuldarlığı sayəsində Messi bir neçə nailiyyət əldə edib.
Əvvəla, argentinalı ulduz MLS-in cari mövsümündə ən sərrast futbolçuların siyahısına başçılığı ələ keçirib. “Leo”nun hesabında indi 7 oyunda vurduğu 9 qol var. Bu nəticə Messiyə yeni MLS rekordu vurmağa imkan verib. Messi MLS tarixində 5 ardıcıl oyunda 2 və ya daha çox qol fəaliyyəti göstərmiş ilk oyunçu olub.

“Som I Serem FCB” dərgisinə istinadən, Messi karyerasında 1200 qol fəaliyyəti həddinə çatıb. Mənbənin məlumatına görə, “Leo” meydana çıxdığı 1057 oyunda 832 qol vurub və 368 məhsuldar ötürmə verib.

Argentinalı “İnter Mayami” ilə növbəti qələbəsini özünün sosial şəbəkə hesablarından biri üzərindən şərh edib:

“Bizim tərəqqimizə kömək edəcək daha bir qələbə”, – “Leo2 paylaşıb.

Hazırda “İnter Mayami” 11 oyundan 21 xalla MLS-in yarış cədvəlinin zirvəsində qərarlaşıb.

Xatırladaq ki, Lionel Messi “İnter Mayami”yə 2023-cü ilin yayında PSJ-dən azad agent qismində keçib. Hücumçunun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 10 oyuna çıxıb, 11 qol vurub və 6 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 24 oyun, 22 qol və 11 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Seçilən
118
11
Mənbələr
Şərh ()
Bağla