AZ

AFFA nümayəndəsi Qəbələdə qalmaqal yaratdı

Azərbaycan Premyer Liqasının 32-ci turunda “Qəbələ” “Kəpəz”i qəbul edir.

İdmanxeber.az-ın məlumatına görə, Qəbələ şəhər stadionunda keçirilən matçda insident yaşanıb. Belə ki, yerli azarkeşlərdən bir neçəsi “qırmızı-qaralar”ın futbolçularına təpki göstərib.

Bunun ardından oyunun AFFA nümayəndəsi Yavər Rəhimov onlara sakit olmaları barədə xəbərdarlıq edib. Tərəfdarlar isə federasiya rəsmisinə “bizə qarışmağa haqqın yoxdur” cavabını verib. 

Yaşananların ardından “Qəbələ” rəsmisi Səbuhi Qarayev də Yavər Rəhimova iradlarını bildirib.

İlk hissəsi davam edən matçda “Kəpəz” 1:0 hesabı ilə öndədir.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla