AZ

Azərbaycan millisi Tacikistana qalib gəldi

style='margin-bottom:10px;'>

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Turnirində bu gün sonuncu oyununu keçirib.

QOL.az xəbər verir ki, milli üçüncü matçında Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüşün 90 dəqiqəsi 2:2 hesabı ilə yekunlaşıb. 
Penaltilər seriyasında Azərbaycan millisi 3:1 hesablı qələbə qazanıb. 

U-17-nin heyətində qollara 10-cu dəqiqədə Əli Qazıbəyov, 13-cü dəqiqədə isə Ümid Səlimov imza atıblar.

Qeyd edək ki, U-17 ilk iki oyununda Belarus yığmasına 0:4, Özbəkistan kollektivinə isə 0:2 hesabı ilə məğlub olub.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla