AZ

Sertab estetik əməliyyatdan sonra TANINMAZ HALDA - FOTO

59 yaşlı müğənni Sertab Erener estetik əməliyyatları ilə gündəm yaradıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, ekranlarda tez-tez görünməyi sevməyən sənətçi illər əvvəl ifa etdiyi "Mecbursun" mahnısını yenidən oxuyub və ona klip çəkdirib.

Məlum olub ki, sənətçi klipdən əvvəl üzündəki qırışlardan xilas olmaq üçün estetik əməliyyat keçirib.

İzləyicilərin çoxu ifaçının klipdəki son halını bəyənmədiklərini yazıblar. "Instagram"da yayımladığı video və fotolara görə müğənni tənqid atəşinə tutulub. Xüsusilə onun üz mimikalarını dəyişə bilməməsi və eyni üz ifadəsində qalması barədə iradlar üstünlük təşkil edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
54
2
Mənbələr
Şərh ()
Bağla