AZ

U-17 millimiz Tacikistana qalib gəldi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) Belarusda keçirilən UEFA İnkişaf Turnirində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, yığmamız Minsk şəhərində təşkil olunmuş turnir çərçivəsində bu gün Tacikistan kollektivi ilə üz-üzə gəlib.

Görüşün 90 dəqiqəsi 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında komandamız 3:1 hesablı qələbə qazanıb.

Millimizin heyətində qollara 10-cu dəqiqədə Əli Qazıbəyov, 13-cü dəqiqədə isə Ümid Səlimov imza atıblar.

Xatırladaq ki, Füzuli Məmmədovun çalışdırdığı U-17 millimiz ilk iki oyununda Belarus yığmasına 0:4, Özbəkistan kollektivinə isə 0:2 hesabı ilə məğlub olmuşdu.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla