AZ

“Qəbələ” Premyer Liqa ilə vidalaşdı, “Kəpəz” elitada qaldı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 32-ci turunun növbəti oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Qəbələdə baş tutub.

Burada Premyer Liqanın aşkar autsayderi “Qəbələ” doğma meydanda “Kəpəz”i sınağa çəkib. Gəncə təmsilçisi bu oyunda uduzmasa, elitadakı yerini təmin edəcək, “Qəbələ” isə rəsmən Premyer Liqa ilə vidalaşacaqdı.

“Qəbələ” ilə “Kəpəz” bu günə qədər çempionatda 27 oyun keçirmişdilər. Bu oyunlarda “Qəbələ” 11, “Kəpəz” 8 qələbə qazanmışdı, 8 oyun da heç-heçə bitmişdi. “Kəpəz” son 2 oyunda qələbə qazanmışdı. “Qəbələ” evdəki son 3 matçda qalib gəlməmişdi.

Bu gedişat bu gün baş tutan prinsipial matçda da davam edib. Qarşılaşma Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb. Beləcə, “Kəpəz” Premyer Liqadakı yerini rəsmən qoruyub. Gəncə təmsilçisi qalan oyunlarında uduzsa belə, elitanı tərk etməyəcək. “Qəbələ”nin də eyni zamanda Premyer Liqadakı yerini qorumaq şansı bitib.

Premyer Liqa
32-ci tur
28 aprel

“Qəbələ” – “Kəpəz” 0:1
Qol: Martins Junior, 7.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
Qəbələ şəhər stadionu, 15:30.

Qəbələ: 13. Kristof Atanqana, 11. Asif Məmmədov (k), 34. Ürfan Abbasov, 28. Murad Musayev, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 10. Klesio Bauk, 3. Zurab Oçiqava, 9. Əyyub Allaş.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 2. İlkin Qırtımov, 71. Sənan Ağalarov, 97. Emil Süleymanov, 25. İbrahim Ramazanov, 30. Şahin Şahniyarov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 72. Osama Xalayla, 17. Yaovi Akakpo.
Baş məşqçi: Kaxaber Sxadadze.

Kəpəz: 96. İqor Rodriqes, 14. Elçin Əlicanov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 33. Camal Cəfərov, 15. Cavad Kərimov, 91. Latir Fall, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 47. Ədilxan Qarəhmədov, 6. Nemət Musayev, 22. Rüfət Əhmədov, 13. Fərid Kələntərov, 26. Adama Niane.
Baş məşqçi: Adil Şükürov.

Seçilən
47
30
Mənbələr
Şərh ()
Bağla