AZ

"Neftçi" "Turan Tovuz"a qarşı - Yenilənir

style='margin-bottom:10px;'>

 Misli Premyer Liqasında 32-ci turun oyunları davam edir.

QOL.az xəbər verir ki, bu günə nəzərdə tutulan 3 matçdan biri başa çatıb.

Əvvəlcə "Qəbələ" "Kəpəz"i qəbul edib. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra "Qəbələ"nin mövsümü sonuncu pillədə başa vuracağı rəsmiləşib və reqlamentə görə komanda elitanı tərk etməlidir. Ancaq bununla bağlı son qərarı AFFA İcraiyyə Komitəsi verəcək. "Kəpəz" isə xallarını 34-ə çatdırıb və ən azı bir günlük də olsa, "Araz-Naxçıvan"ı qabaqlayaraq 8-ci yerə yüksəlib.

Turun digər görüşündə "Turan Tovuz" "Neftçi"nin qonağıdır. Günün son qarşılaşmasına çempionluğu rəsmiləşdirən "Qarabağ" səfərdə "Sumqayıt"la üz-üzə gələcək.

Qeyd edək ki, tura sabah keçiriləcək "Zirə" - "Araz-Naxçıvan" oyunu ilə yekun vurulacaq.

28 aprel (bazar)

17:45. “Neftçi” – “Turan Tovuz” - 0:0 (Birinci hissə)
Hakimlər
: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
“Neftçi Arena”

15:30. “Qəbələ” – “Kəpəz” - 0:1 

Qol: Martins Junior, 7

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
Qəbələ şəhər stadionu
 

20:00. “Sumqayıt” –“ Qarabağ”
Hakimlər:
Rauf Cabarov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamranbəy Rəhimov
M.H. adına Sumqayıt şəhər stadionu

29 aprel (bazar ertəsi)

19:00. “Zirə”– “Araz-Naxçıvan”
Hakimlər:
Cavid Cəlilov, Eyyub İbrahimov, Asiman Əzizli, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu

27 aprel (şənbə)

“Sabah” – “Səbail” - 2:0

N Klublar O Q H M T-F X
1 Qarabağ 31 23 4 4 85-31 73
2 Zirə 31 13 10 8 29-19 49
3 Sabah 32 14 7 11 46-38 49
4 Sumqayıt 31 12 11 8 32-34 47
5 Neftçi 31 13 8 10 40-33 47
6 Səbail 32 11 9 12 47-51 42
7 Turan Tovuz 31 11 9 11 47-44 42
8 Kəpəz 32 9 7 16 37-59 34
9 Araz-Naxçıvan 31 8 8 15 28-44 32
10 Qəbələ 32 4 5 23 23-61 17

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 13 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol
Nəriman Axundzadə ("Qarabağ") - 10 qol

 

Seçilən
84
49
Mənbələr
Şərh ()
Bağla