AZ

 "Ən çox ziyanı klubdan çox öz imicimizə verdik" - Sxadadze

Azərbaycan Premyer Liqasının XXXII turunda keçirilən "Qəbələ" - "Kəpəz" oyunundan (0:1) meydan sahibi komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib...

- Danışmaq çox çətindir. Qol epizodlarımızdan yararlana bilmədik və kobud səhvdən qol buraxırıq. Mövsüm ərzində belə oyunlar çox olub. Təəssüf ki, sonuncuyuq.

- Klubun və özünüzün taleyi ilə bağlı nə gözləyirsiniz?
- Bir şey deyə bilmərəm. Klub rəhbərliyi ilə yaxşı münasibətlərim var. Hər məşqçinin öz imici var. Göstəricilərimə görə, 15 ildir müxtəlif komandalarda işləmişəm və qələbə faizim 55-60-dır. Bu, yaxşı göstəricidir. Burada belə vəziyyətdə olmaq yaxşı deyil. Rəhbərlik və özümüzə ziyan verdik. Belə nəticələrlə imicimizə zərər vurduq. Nədən danışaq? Oyunçumuz qapı xəttindən topu tora göndərə bilmir. Belə səviyyədə oynamaq olmur. Məsuliyyəti üzərimə götürmək istəyirəm, amma belə vəziyyətlərdə yox. Komandaya kömək etməyə gəlmişdik, özümüzü öldürdük. Federasiyadan gözləntim, istəyim yoxdur. Kiməm mən? Baş məşqçiyəm və işimi görməliyəm. Gələcəyimlə bağlı hələ nəsə bilinmir. "Qəbələ"nin harada oynayacağı yerdən çox şey asılı olacaq. Şərtlər, şəraitlər, klubun ambisiyası bəlli olmalıdır. Bunlarla yanaşı, bizi orada görmək istəyəcəklərmi, bilmirəm. Kömək üçün gəlmişdik. Azarkeşlərdən üzr istəyirəm. Ümidlə gəlmişdik, ancaq alınmadı. Bugünkü durum faciədir. Ən çox ziyanı klubdan çox öz imicimizə verdik.

Şahin Cəfərov
Seçilən
45
Mənbələr
Şərh ()
Bağla