AZ

Ruben Amorim “Vest Hem”lə danışıqları səhv adlandırdı, üzr istədi

“Sportinq”in baş məşqçisi Ruben Amorim mövsüm bitməmiş “Vest Hem”lə danışıqlar məqsədilə Londona getdiyi üçün azarkeşlərdən üzr istəyib.

Arena.az portuqal mütəxəsssin bu barədə fikirlərini təqdim edir:

“Bu, səhv idi. Zamanlama tamamilə səhv idi. Futbolçularımdan həmişə hörmət göstərmələrini xahiş edirəm, amma kluba əvvəlcədən məlumat versəm də, bunu özüm göstərməmişəm. Çox üzr istəyirəm. Azarkeşlərdən, klubdan və futbolçulardan üzr istəyirəm”, deyə Amorim dönə-dönə vurğulayıb.

Xatırladaq ki, Ruben Amorim “Sportinq”i 2020-ci ilin mart ayından çalışdırır. Portuqal mütəxəssisin Lissabon klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Daha əvvəl məlumat yayılmışdı ki, əgər xarici klub 39 yaşlı mütəxəssisi 2024-cü ilin yayında işə dəvət etmək istəsə, təzminat haqqı olaraq “Sportinq”ə 20 milyon avro məbləğində ödəniş etməli olacaq.

Hazırda Ruben Amorimin “Sportinq”i 27 oyundan 80 xalla Portuqaliya Premyer Liqasının yarış cədvəlinin lideridir. Sözügedən komanda bu mövsüm çempionluğa əsas namizəddir.

Ruben Amorimin adı bir müddət əvvələ kimi İngiltərənin “Liverpul” klubu ilə birgə hallanırdı. Lakin Premyer Liqa nəhənginin hazırda “Feyenoord”a rəhbərlik edən Arne Slotla razılığa gəldiyi iddia olunur. Belə olan halda Amorim də “Vest Hem”in təklifini götür-qoy etməyə qərar verib. Onun İngiltərə klubu ilə danışıqlarının nə yerdə olduğu barədə dəqiq məlumat yoxdur.

Hazırda Yurgen Klopun rəhbərlik etdiyi “Liverpul” İngiltərə Premyer Liqasında 75 xalla 3-cüdür. Devid Moyesin çalışdırdığı “Vest Hem” isə 49 xalla 8-ci sırada qərarlaşıb.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla