AZ

Əgər pulumuzu qaytarmasanız...

...Əgər Qərb Rusiyanın dondurulmuş aktivlərini ələ keçirmək qərarına gəlsə, bu, Avropanın özünün iqtisadiyyatı üçün pis olacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bubarədə prezidentin mətbuat katibi Dmitri Peskov xəbərdarlıq edib.

...Təhlükəli presedent yaranacaq, bu, bütün Qərb iqtisadi sisteminin gələcək tabutunda möhkəm mismar olacaq.

Peskov deyib bunu.

O, bir daha xəbərdarlıq edib ki, Avropa İttifaqı Rusiyanın aktivlərini müsadirə edərsə, Rusiya məhkəmədə öz maraqlarını müdafiə edəcək.

Qeyd edək ki, Kreml nümayəndəsi Moskvada “Qərb pulu” olduğunu da xatırladıb.

Xatırladaq ki, aprelin 24-də ABŞ Kiyevə yeni maliyyə yardımının ayrılması və dondurulmuş aktivlərin Rusiyaya verilməsi ilə bağlı qanun layihəsini qəbul edib.

Nazlı

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla