AZ

ÜST sağlamlıq təşəbbüslərinin daha sürətli həyata keçirilməsinə çağırır

Bakı. Trend:

Başladığımız təşəbbüsləri sürətləndirməsək, dünya pandemiyazamanı olduğu kimi problemlə üzləşə bilər.

Trend xəbər verir ki, bu barədə İslam İnkişaf Bankının (İİB)Ər-Riyadda keçirilən illik toplantıları çərçivəsində ÜmumdünyaSəhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesuspanel müzakirələri zamanı deyib.

“COVID-19 ilə bağlı vəziyyət indi çox yaxşıdır. Təbii ki, bu odemək deyil ki, virus yoxdur. Virus var, amma vəziyyət nəzarətaltındadır. Başladığımız təşəbbüsləri sürətləndirməsək, eyniproblemlə üzləşə bilərik. O cümlədən, bu ilin may ayına qədərpandemiya ilə bağlı saziş bağlanmalıdır ki, bizim birgə işləməküçün məcburi razılaşmamız olsun", - deyə o bildirib.

ÜST-nin baş direktoru qeyd edib ki, COVID-19-dan üç dərsçıxarmaq olar.

"İlk növbədə, biz səhiyyə xidmətlərinə investisiyalarımızınəslində zəif olduğunu gördük. Buna görə də yüksək gəlirli ölkələrbelə təəccübləndilər, çünki onların investisiyaları daha çox yüksəktexnologiyalara idi. İctimai səhiyyə və ilkin səhiyyə xidmətinəməhəl qoyulmadı. İkinci dərs ədalətsizlikdir. COVID dünyamızınədalətsizliyini və bərabərsizliyini ifşa etdi.

Üçüncü dərs siyasiləşdirmədir. Xatırlayırsınızsa, millisəviyyədə milli birlik yox idi. Siyasi partiyalar COVID-dən birvasitə kimi istifadə ediblər", - deyə o bildirib.

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (SəudiyyəƏrəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə ƏrəbistanınınKralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslamİnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyikeçirilir.

2024-cü ildə keçirilən görüşlərin mövzusu “Keçmişə dəyərverərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik vətərəqqi”dir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrininiştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsiplanlaşdırılır.

Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcıçoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalqvə regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlərhökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm vəvətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakıilə bir sıra əlavə tədbirləri əhatə edəcək.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma vəmaliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyəinstitutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin,milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq vəregional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənayepalataları və biznes şuralarının nümayəndələri iştirakedəcəklər.

Məqalədə:
Seçilən
85
Mənbələr
Şərh ()
Bağla