AZ

Gürcüstan ABŞ-a yalvarmayacaq...

...Bazar günü hakim "Gürcü Arzusu"nun parlament çoxluğunun sədri Mamuka Mdinaradze, gürcü-amerikan münasibətləri yenidən qurulmalı olduğunu bildirib.

...Bəli, ABŞ ilə münasibətlərimizə yenidən baxılmalıdır. Əgər biz Amerikanın strateji tərəfdaşlarıyıqsa, o zaman vətəndaşlarımız bu ölkəyə sərbəst daxil olmalı, iki ölkə arasında azad ticarət və birbaşa hava əlaqəsi olmalıdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Mdinaradze bunubrifinqdə bildirib.

Maraqlıdır ki, gürcü səlahiyyətlibunun üçün Gürcüstanın ABŞ-a yalvarmayacağını da diqqətə çatdırıb.

Onun dediyinə görə, dostluq yalnız sözdə ola bilməz.

...Biz 15 il əvvəl Strateji Tərəfdaşlıq Nizamnaməsini imzalamışıq, lakin Amerikadan investisiyalar hələ də artmayıb və birbaşa uçuşlar yoxdur

Bunu deyən Mamuka Mdinaradzenin sözlərinə görə, Gürcüstan “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul edəndən sonra hamı amerikalı vergi ödəyicilərinin pullarının hara xərcləndiyini biləcək.

Qeyd edək ki, bundan əvvəl hakim “Gürcü Arzusu”nun sədri İrakli Qaribaşvili ABŞ-a Gürcüstanın xarici siyasətində iddia edilən dönüşlə bağlı anlaşılmazlıqları aradan qaldırmaq üçün bağlı qapılar arxasında danışıqlar aparmağı təklif etmişdi.

Nazlı

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla