AZ

Şəmkirdə yük maşını aşdı - FOTOLAR

Şəmkirdə sement daşıyan yük avtomobili aşıb.

"Unikal" xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "DAF"markalı yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı xəsarət alan olmasa da, yük maşınına ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
80
28
Mənbələr
Şərh ()
Bağla