AZ

Şəkidə ağır qəza: 2 nəfər xəsarət aldı

Şəki-Qax avtomobil yolunun Şəkinin Biləcik kəndi ərazisindən keçən hissəsində qəza baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hərəkətdə olan “Toyota” və “Chevrolet” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı “Toyota”nun sürücüsü, Qax rayon sakini 46 yaşlı Qoqita Babacanaşvili və digər avtomobilin sürücüsü 38 yaşlı Rəşad İsrafilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb edilib.

Xəsarət alanlara ilkin tibbi yardım göstəriləndən sonra hər iki şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralılar müayinə olunub, müalicələrə cəlb edilib.

Baş verən qəzanın təfərrüatları araşdırılır.

Tural Rasim oğlu, Bizim,Media, Şimal-Qərb bürosu

Seçilən
70
48
Mənbələr
Şərh ()
Bağla