AZ

Ramil və Vüsal qələbəyə sevinib, Coşqun xalsız qalıb

Azərbaycanlı futbolçular bu gün Türkiyə 1-ci Liqasında növbəti oyuna çıxıblar.

İdman.biz xəbər verir ki, 32-ci turun bütün oyunları eyni saatda başlayıb.

Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor” öz meydanında “Bandırmaspor”a 3:1 hesabı ilə qalib gəlib. Azərbaycan yığmasının üzvü 58-ci dəqiqə meydanda olub və fərqlənə bilməyib.

Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” da turu qələbə ilə başa vurub. Boluların “Altay”ı 2:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada Vüsal 80-ci dəqiqədə meydana daxil olub.

Coşqun Diniyev komandası “Ümraniyəspor” səfərdə “Keçioğrenci” 2:4 hesabı ilə uduzub. Start heyətində yer alan azərbaycanlı futbolçu fasilədə əvəzlənib. “Manisa”da çıxış edən Serkan Taşkın “Adanaspor”la oyunun son dəqiqələrində meydana daxil olub. Manisalılar səfər matçında 1 xal qazanıblar (1:1).

Tuzla klubunda forma geyinən Bəxtiyar Həsənalıyevin adı “Tuzlaspor” – “Bodrumspor” (0:0) matçının iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, “Kocaelispor” 55 xalla 5-ci, “Boluspor” 50 xalla 7-ci, “Manisa” və “Ümraniyəspor” 37 xalla 12-13-cü, “Tuzlaspor” 34 xalla 15-ci pillədə qərarlaşıb.

İdman.biz

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla