- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Ukrayna hərbçiləri Donetsk vilayətinin Berdıçi, Semenovka və Novomixailovka yaşayış məntəqələrindən qərbə doğru geri çəkilib. Bu, şəxsi heyətin həyatını xilas etmək üçün edilib.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski teleqram kanalında bildirib.
O qeyd edib ki, rus qoşunları Avdeyev və Marinkanın qərbində hücum xəttini inkişaf etdirməyə çalışır. Onların məqsədi Donetsk vilayətində Pokrovsk və Kuraxovoya daxil olmaqdır. Sırski vurğulayıb ki, ruslar bu ərazilərdə müəyyən taktiki uğurlar əldə etsələr də, əməliyyat üstünlüyünə malik deyillər.