AZ

"Neftçi" "Turan Tovuz"u məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib.

Publika.az xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Turan Tovuz"u qəbul edib.

Qarşılaşma "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 3:0.

15-ci dəqiqədə Filip Ozobiç hesabı açıb. 31-ci dəqiqədə Yuri Matias, 70-ci dəqiqədə Rəhman Hacıyev penaltini dəqiq yerinə yetirib. 62-ci dəqiqədə qonaqlardan Bruno Qonçalveş birbaşa qırmızı vərəqə aldığı üçün meydandan qovulub.

Seçilən
30
1
Mənbələr
Şərh ()
Bağla