- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankının (İİB) İllik Toplantısı çərçivəsində keçirilən "COP29-a doğru" dəyirmi masada iştirak edib.
Publika.az xəbər verir ki, bu barədə M.Cabbarov "X" sosial şəbəkəsində bildirib.
"Dəyirmi masada iqlim dəyişikliyi ilə mübarizədə təşəbbüslərin prioritet istiqamətləri barədə müzakirələr apardıq:
- Yaşıl artım və Azərbaycanın dayanıqlı enerji potensialının reallaşdırılması sahəsində həyata keçirilən tədbirlər;
- Qlobal iqlim öhdəliklərini reallığa çevirmək üçün birgə fəaliyyətin təşviqi;
- Bərpaolunan enerji layihələri üçün mərkəzləşmiş maliyyələşmə mexanizmlərinin yaradılması", - deyə nazir qeyd edib.