AZ

Paşinyan Blinkenlə sərhədlərin demarkasiya prosesini MÜZAKİRƏ ETDİ

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan hökumətin mətbuat xidməti məlumat yayıb.

Həmsöhbətlər Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin gündəliyi, aprelin 5-də Brüsseldə keçirilən görüş, həmçinin Ermənistan-Azərbaycan arasında sülh prosesi ilə bağlı məsələləri müzakirə ediblər.

Paşinyan Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin fəallaşmasından məmnunluğunu ifadə edib. Baş nazir aprelin 5-də Brüsseldə əldə olunan razılaşmaların həyata keçirildiyini vurğulayıb

Hökumət başçısı Ermənistan-Azərbaycan dövlət sərhədinin demarkasiyası prosesi ilə bağlı da müsbət danışıb, Tavuş vilayətinin Voskepar, Kirants və Berkaber kəndlərinin sakinlərinin narahatlığının başa düşüldüyünü və onların haqlı narahatlığının aradan qaldırılması üçün hər şeyin ediləcəyini vurğulayıb.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla