AZ

TikTok Baydeni uduzdura bilər

Ölkədə TikTok-un qadağasını nəzərdə tutan qanun layihəsini imzalaması ABŞ Prezidenti Co Baydenin seçki kampaniyasında səslərinə mənfi təsir göstərə bilər.

AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, bu barədə \"Bloomberg\" araşdırma dərc edib.

Çinin \"ByteDance\" şirkətinin səhmlərini satmasından imtina etməsi ilə əlaqədar ABŞ-da belə qanun qəbul edilib. Ancaq Co Baydenin bu qanunu imzalamasının gənc seçicilərin Donald Trampı dəstəkləməsinə səbəb ola biləcəyi proqnozlaşdırılır.
Seçilən
104
10
Mənbələr
Şərh ()
Bağla