AZ

“İşləyəcəyik və çalışacağıq ki, uğur qazanaq“

Misli premyer-liqasının 32-ci turunda “Neftçi” “Turan-Tovuz”a 3:0 hesabıyla qalib gəlib.

“Football-plus.az” xəbər verir ki, matçdan sonra “ağ-qaralar”ın baş məşqçisi Miodraq Bojoviçin mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

"Oyuna yaxşı başladıq. Bilirdik ki, “Turan Tovuz”un çox yaxşı məşqçisi var və meydanda nə etmək istədiklərini bilirlər. Ona görə bu komandanın hədiyyə olmadığını anlayırdıq. Onların öz oyun üslubu var. Təkbətək mübarizələrə çox girirlər. Bu mənada, Yuri Matias və Höccət Haqverdi çox yaxşı iş gördülər. Rəqib futbolçularla yaxşı mübarizə apardılar. Qolları vaxtında vurduq. Qırmızı vərəqədən sonra isə oyunu sona çatdırmaq asan idi. Futbolçulara bu istəyə və oyuna görə təşəkkür edirəm. Sevinirik, çünki azarkeşlər stadiona qayıdıb".


- Növbəti turda “Qarabağ”la qarşılaşacaqsız.
- Avrokuboklara vəsiqə uğrunda mübarizə üçün mütləq xal qazanmaq lazımdı.

- Bu matç haqda nə düşünürsüz?
- Statistikanın bizim xeyrimizə işlədiyini bilirsiz. Deyə bilmərəm ki, statistikada bu qədər qol buraxırıq. Amma həftə ərzində işləyəcəyik və çalışacağıq ki, uğur qazanaq.
Seçilən
33
1
Mənbələr
Şərh ()
Bağla