AZ

İsDB-nin illik toplantısı çərçivəsində “COP29-a doğru” dəyirmi masada müzakirələr aparılıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankının (İsDB) illik toplantısı çərçivəsində keçirilən \"COP29-a doğru” dəyirmi masada müzakirələr aparıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Mikayıl Cabbarov \"X”dəki səhifəsində yazıb.

\"İslam İnkişaf Bankının illik toplantısı çərçivəsində keçirilən \"COP29-a doğru” dəyirmi masada iqlim dəyişikliyi ilə mübarizədə təşəbbüslərin prioritet istiqamətləri barədə müzakirələr apardıq:

- Yaşıl artım və Azərbaycanın dayanıqlı enerji potensialının reallaşdırılması sahəsində həyata keçirilən tədbirlər;

- Qlobal iqlim öhdəliklərini reallığa çevirmək üçün birgə fəaliyyətin təşviqi;

- Bərpa olunan enerji layihələri üçün mərkəzləşmiş maliyyələşmə mexanizmlərinin yaradılması”, - deyə nazir qeyd edib.
Seçilən
92
18
Mənbələr
Şərh ()
Bağla