AZ

Sədərək rayonundakı partlayışda həlak olan mülki şəxslər dəfn edildilər

Sədərək rayonunda sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər dəfn ediliblər.“Report” xəbər verir ki, rayonun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-ci il təvəllüdlü Adəm Həsən oğlu Əliyev Sədərək rayon qəbiristanlığında dəfn olunublar.Mərasimdə həlak olanların yaxınları, ailə üzvləri, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Seçilən
12
17
Mənbələr
Şərh ()
Bağla