AZ

Hindistanın Assam əyalətində vəhşi fil 4 nəfəri tapdalayaraq öldürüb

Hindistanın

Bakı, 28 aprel, AZƏRTAC

Hindistanın şimal-şərqindəki Assam əyalətində şənbə günü iki meşə işçisi də daxil olmaqla, azı dörd nəfər vəhşi fil tərəfindən tapdalanaraq öldürülüb.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, hadisə Assamın mərkəzi şəhəri Dispurdan təxminən 147 kilometr şimal-şərqdə, Sonitpur rayonunun Dhiraimajuli bölgəsində baş verib.

Meşə idarəsi dərhal həyəcan siqnalı verərək, şəxsi heyəti əraziyə cəlb edib.

 

Seçilən
77
10
Mənbələr
Şərh ()
Bağla