AZ

"Qarabağ" "Sumqayıt"a uduzdu

Azərbaycan Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib.

AZXEBER.COM Baku.ws-ə istinadən xəbər verir ki, günün sonuncu matçında çempion \"Qarabağ” \"Sumqayıt”ın qonağı olub.

Oyun ev sahibi komandanın minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 70-ci dəqiqədə Roi Kehat vurub.
\"Sumqayıt\"ın qələbəsi sayəsində Avrokuboklara vəsiqə uğrunda mübarizə bir qədər də gərginləşib. Xalların sayını 50-yə çatdıran Samir Abbasovun yetirmələri 2-ci sıradadır. Eyni xala malik \"Neftçi\" isə üçüncüdür.
Seçilən
67
1
Mənbələr
Şərh ()
Bağla