AZ

“Qarabağ” məğlub oldu

Bu gün Azərbaycan Premyer Liqasında XXXII turun növbəti oyunlar keçirilib.Metbuat.az xəbər verir ki, "Sumqayıt" doğma meydanda lider "Qarabağ"ı qəbul edib. Mehdi Hüseynzadə adına şəhər stadionunda oynanılan görüş sumqayıtlıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın yeganə qoluna 70-ci dəqiqədə Roi Kehat imza atıb.Bu nəticədən sonra meydan sahibləri turnir cədvəlində 50 xalla ikinci pilləyə yüksəlib.Günün digər oyunlarında isə "Neftçi" "Turan Tovuz"u 3:0 , "Kəpəz" "Qəbələ"ni 1:0 hesabı ilə üstələyib.Turun açılış oyununda ötən gün "Sabah" "Səbail"i məğlub edib - 2:0.

Qeyd edək ki, tura aprelin 29-da "Zirə" - "Araz-Naxçıvan" matçı ilə yekun vurulacaq.

Seçilən
128
4
Mənbələr
Şərh ()
Bağla