AZ

Tbilisidə nümayişçilərlə polis arasında toqquşmalar başlayıb

Tbilisidə parlament binası yaxınlığında xarici agentlərlə bağlı qanun layihəsinə etiraz edən nümayişçilərlə polislər arasında toqquşma baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Gürcüstan müxalifəti Tbilisidə mitinq keçirib

Bildirilib ki, Rustaveli prospektində parlamentin əsas girişinə toplaşan nümayişçilər hakim Gürcü Arzusu - Demokratik Gürcüstan partiyası tərəfdarlarının bu gün keçirilməsi planlaşdırılan mitinqi üçün qurulmuş qanunverici orqanın qarşısındakı səhnəyə çıxmağa çalışıblar. Polis onlara mane olub. Bundan sonra dava düşüb. Daxili İşlər Nazirliyi nümayişçilərə qarşı bibər qazından istifadə edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
155
13
Mənbələr
Şərh ()
Bağla