AZ

"Bu gün uğur "Sumqayıt"ın tərəfində idi" - Qurban Qurbanov

Misli Premyer Liqasının XXXII turunda "Qarabağ" "Sumqayıt"a 1:0 hesabı ilə uduzub. 

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin  baş məşqçisi Qurban Qurbanov oyunu şərh edib, jurnalistlərin suallarını cavablandırıb.

- Sumqayıt"ı təbrik edirəm. Burada çox xoş təəssüratlar oldu. Bu cür gözəl şəhərin əla stadionu, yaxşı azarkeşləri var. Bu gün də Sumqayıt üçün yaxşı futbol ab-havası, əsl bayram oldu. Onları təbrik edirəm və uğurlar arzulayıram. Özümüzə gəldikdə, pis oynamadıq. 90 dəqiqə ərzində sadəcə bir neçə dəfə əks-hücumlarda rəqib bizi tutdu. Bundan da yaxşı istifadə etdilər. Oyunda topa daha çox sahib olmaq, meydanda düzgün yerləşmək bizim üçün vacib idi. Bunu bacardıq. Sadəcə bu gün uğur "Sumqayıt"ın tərəfində idi. Yaxşı qol epizodlarımız olsa da, istifadə edə bilmədik. Bu cür stadionda belə oyunların keçirilməsini çox istəyərdik. Futbolçular bu cür ab-havada, belə stadionda daha həvəsli, istəkli olurlar. Azarkeşlər üçün maraqlı oyun oldu.

- Hər iki hissədə oyunda diqtə edən tərəf idiniz, topa daha çox sahib oldunuz. Məhsuldarlığın aşağı olması nə ilə əlaqədar idi?

Belə oyunlar olur. Ola bilər ki, futbolçularda mövsümün sonuna yaxın məsuliyyət və konsentrasiya aşağıdır. Görünür ki, aşağıdır. Danışırıq və çalışırıq ki, belə olmasın. Bu cür qol epizodlarından istifadə edə bilmiriksə, soyuqqanlı ola bilmiriksə, deməli oyuna yaxşı hazırlaşmamışıq, fikir başqa yerdədir. 

- Demək olar ki, istək keyfiyyətə üstün gəldi?

Görünən odur. "Sumqayıt" çox istəkli görünürdü. Əslində, haqları idi. Həm futbolçular, həm də azarkeşlər çox istəkli oldular.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
6
Mənbələr
Şərh ()
Bağla