AZ

Almaniyada rusların öldürdükləri iki ukraynalı müalicə alan hərbçilər olub...

...Almaniyada bir rus tərəfindən öldürülən iki ukraynalı xaricdə reabilitasiya keçən hərbçilər olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ilkin məlumatı Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

...Xarici işlər naziri Dmitri Kuleba Xarici İşlər Nazirliyinin Konsulluq Xidməti Departamentinə və Münhendəki Baş Konsulluğa işi xüsusi nəzarətdə saxlamağı və Almaniyanın hüquq-mühafizə orqanları ilə daim əlaqə saxlamağı tapşırıb: ...Qatil qanunun ən yüksək həddi ilə cəzalandırılsın!

Xatırladaq ki, aprelin 27-də Almaniyanın Tengelmann ticarət mərkəzinin ərazisində iki ukraynalı öldürülüb: 36 yaşlı kişi bıçaq xəsarətlərindən yerindəcə, 23 yaşlı zərərçəkən isə hadisədən bir müddət sonra, axşam xəstəxanada dünyasını dəyişib.

...Və ertəsi gün axşam saatlarında alman polisi qətldə şübhəli bilinən 57 yaşlı rusiyalını həbs edib. Ukrayna diplomatik departamenti də qətli törətməkdə şübhəli bilinən bir rusiyalının saxlanılması ilə bağlı məlumatı təsdiqləyib.

Ağasəf Babayev

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla