Reyting.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə qruplaşma bəyanat yayıb.
Bildirilib ki, İsrailin hücumlarına cavab olaraq sərhəd bölgəsindəki İsrail yaşayış məntəqəsinə Katyuşa raketi ilə zərbələr endiriblər: "Bu bombardman İsrailin Livanın cənubundakı kəndlərə və mülki evlərə, xüsusilə Kuzah, Merkebe və Sribbin şəhərlərinə hücumlarına cavab olaraq həyata keçirilib".
İsrail Ordusu hücum faktını təsdiqləyib: "Hücum nəticəsində ölən və yaralanan, o cümlədən ciddi dağıntılar olmayıb. Hizbullahın atəşinə cavab olaraq hədəf nöqtələri susdurulub. İlkin məlumata görə, 2 yaraqlı ölüb, 6-sı isə yaralanıb".