AZ

İnsanlara yalan danışma, Qazaxın kəndləri Azərbaycanındır...

...Sərhəddə yerləşən Voskepar (Əskipara) kəndinin ən yaşlı sakinlərindən biri kameraya müraciət edərək, erməni millətçilərinin Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı əhaliyə yalan danışdıqlarını bildirib.

O, Nikol Paşinyanın Qazax rayonunun kəndlərini sülh yolu ilə Bakının nəzarətinə qaytarmaqla düzgün addım atdığını vurğulayaraq, bu yaşayış məntəqələrinin həmişə Azərbaycana məxsus olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, internetdə Azərbaycanın Qazax rayonu ilə Yuxarı Əskipara anklavı arasında yerləşən Voskepar (Əskipara) kəndinin “yaşlı sakini”nin erməni müxalifətini Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı yalan danışdığına görə tənqid edən videosu yayılıb.

Kənd sakini hakimiyyətin Tavuş bölgəsində Azərbaycanla sərhədin delimitasiyasına başlamaq qərarını birmənalı dəstəkləyib.

...Biz Nikol Paşinyanın işindən razıyıq, hər şeydə müxalifət günahkardır, niyə 30 il ərzində keçmiş hakimiyyət bizim həyatımızla maraqlanmadı, amma bu gün onlar Voskeparı xatırladılar?

Voskepar sakini vurğuladıb ki, delimitasiya sərhəd kəndlərinin əhalisinə Azərbaycanla düşmənçilikdən qorxmadan sakit həyat sürməyə imkan verəcək.

...Bizim heç vaxt öz torpaqlarımız olmayıb. 30 ildən artıqdır ki, Azərbaycanın Bağanıs Ayrum, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli kəndləri bizim əlimizdə olub. Biz onların torpaqlarından istifadə etmişik. Hansı erməni kəndlərini deyirsiniz? Mənim artıq 77 yaşım var və mən yaxşı bilirəm ki, bu kəndlər Azərbaycanındır, - deyə o qeyd edib.

Nazlı

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla